Əliyev Barak və Qrabar-Kitaroviçi-QƏBUL ETDİ – FOTOLAR-YENİLƏNİB – (2)

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat verib.

***

İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

17:17

***

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrailin sabiq Baş naziri Ehud Barakı qəbul edib.

Görüşdə paytaxtımızda keçirilən IX Qlobal Bakı Forumunun önəmi vurğulandı. Bu tədbirin beynəlxalq əhəmiyyətli mühüm məsələlərin müzakirə edilməsi üçün geniş imkanlar yaratdığı bildirildi.

Forumun çox yüksək səviyyədə təşkil olunduğu və burada iştirak etmək üçün dünyanın müxtəlif yerlərindən çox sayda qonağın ölkəmizə gəldiyi məmnunluqla qeyd olundu.

Bildirildi ki, Forum beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verir.

17:37

***

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviçi qəbul edib.

Görüşdə Qlobal Bakı Forumunun önəminə toxunuldu, burada iştirak edənlərin sayının hər il daha da artdığı vurğulandı.

Tədbirin gündəliyinin çox geniş olduğu bildirildi.

Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi, geosiyasi vəziyyət, enerji, səhiyyə, iqlim məsələləri, mədəniyyətlərin dialoqu kimi sahələrlə bağlı müzakirələrin aparılması və yeni ideyaların yaranması üçün yaxşı platforma olduğu qeyd edildi.

Etikxeber.az

Read Previous

29 yaşı Onsuz qeyd edilən-ŞƏHİD ELVİN ABASOV…AİLƏNİN 3 ÖVLADINDAN BİRİ OLAN SUBAY ŞƏHİDİN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜNDƏ MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Ombudsman erməni radikalların Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücumu ilə bağlı-BƏYANAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir