Əliyev: “Britaniya şirkətləri son vaxtlar…” – FOTO – YENİLƏNİB

Prezidenti İlham Əliyev martın 6-da Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonaldı qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Prezident  Saymon Makdonaldın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlıq və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlıqla bağlı gündəlikdə duran məsələlərin çox əhatəli olduğunu və əlaqələrimizin genişləndiyini qeyd etdi. Prezident  ölkələrimizin enerji sektorunda çox yaxşı əlaqələrə malik olduğunu bildirdi, Azərbaycanın BP şirkəti ilə 25 ilə yaxın vaxt ərzində əməkdaşlıq etdiyini vurğuladı. Dövlətimizin başçısı BP-nin ölkəmizin enerji sahəsində əsas strateji tərəfdaşı olduğunu qeyd edərək bu əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini bildirdi.  İlham Əliyev Böyük Britaniya şirkətlərinin son vaxtlar ölkəmizin qeyri-neft sektoruna daha çox maraq göstərdiklərini dedi və bunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti ilə uyğun gəldiyini və gələcəkdə ölkələrimiz arasında biznes əlaqələrinin daha da genişlənməsinə gətirib çıxaracağını bildirdi.

Böyük Britaniyanın xarici işlər nazirinin müavini, Birləşmiş Krallığın diplomatik xidmətinin rəhbəri Saymon Makdonald Azərbaycana ilk dəfə səfər etdiyini, Bakının müasir bir şəhərə çevrildiyini, yeni memarlıq nümunələrinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək, səfəri çərçivəsində dünyaca məşhur olan Heydər Əliyev Mərkəzi ilə tanış olacağını da bildirdi. Saymon Makdonald Azərbaycan ilə Böyük Britaniya arasında əldə edilmiş razılaşmalara əsasən çoxlu Britaniya şirkətlərinin ölkəmizə sərmayə qoyuluşuna cəlb olunduğunu vurğuladı.

Görüşdə Azərbaycanda son illər həyata keçirilən islahatlar, təhsilə göstərilən yüksək qayğı, işsizliyin və yoxsulluğun azaldılması, sosial məsələlərin həlli istiqamətində görülən işlərdən danışıldı, neftin qiymətinin aşağı düşməsinin şaxələndirmənin sürətlənməsinə təsiri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi və Azərbaycana beynəlxalq təşkilatlar tərəfindən verilən qiymət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

“Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı – YENİLƏNİB

Read Next

Mehman Hüseynov konkret ittiham əsasında həbs edilib – ƏLİ HƏSƏNOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir