Əliyev Buriç və Monzonu qəbul etdi – FOTOLAR – YENİLƏNİB – (1)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Xorvatiya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri xanım Mariya Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi.

hırvat

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, İ. Əliyev həmçinin,  Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Emilio Monzonu qəbul etdi.

argentina

***

Dövlət başçısı Xorvatiyaya səfərini məmnunluqla xatırlayaraq orada aparılan danışıqların və müzakirələrin səmərəli olduğunu qeyd etdi və bu səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirdi.

Prezident İlham Əliyev ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlıq həyata keçirdiklərini vurğulayaraq, əlaqələrimizin gələcəkdə də genişlənəcəyinə əminliyini ifadə etdi. Dövlətimizin başçısı Mariya Buriçin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi.

Xanım Mariya Buriç, ilk növbədə, Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin salamlarını dövlətimizin başçısına çatdırdı. Mariya Buriç Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin çox uğurlu keçdiyini və səfər zamanı əlaqələrimizin daha da möhkəmlənməsi baxımından məhsuldar müzakirələrin aparıldığını qeyd etdi. O, səfəri çərçivəsində Xorvatiyanın Azərbaycandakı səfirliyinin rəsmi açılışında iştirak edəcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Xorvatiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

***

Azərbaycan ilə Argentinanın bir sıra sahələrdə əməkdaşlıq həyata keçirdiklərini deyən Prezident İlham Əliyev müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladı.

Qəbula görə minnətdarlığını bildirən Emilio Monzo Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı.

O, Prezident İlham Əliyevin Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Argentinada böyük nüfuza malik olduğunu dedi və dövlətimizin başçısının siyasəti nəticəsində Azərbaycanın digər ölkələrlə yaxşı dostluq münasibətləri qurduğunu məmnunluqla qeyd etdi. Emilio Monzo ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsində maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə olundu, iqtisadi, ticarət, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edildi.

Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Maurisio Makrinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

Etikxeber.az

Read Previous

“Problemlərin həll edilməmiş qalmasına göz yummaq olmaz” – LUKAŞENKO – FOTO

Read Next

Əlaqələrimizin genişləndirməsi üçün sahələrimiz çoxdur – MONZO – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir