Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da CISCO şirkətinin nümayəndə heyətini qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Qay Didrix təmsil etdiyi şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq həyata keçirdiyini və Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə səmərəli əməkdaşlıq etdiyini dedi. Prezident İlham Əliyevlə əvvəlki görüşlərini məmnunluqla xatırlayan qonaq həmin görüşlərdən sonra çox yaxşı nəticələrin əldə olunduğunu bildirdi. Azərbaycanla bağlı bir sıra mühüm layihələr üzərində işlədiklərini deyən Qay Didrix CISCO şirkətinin ölkəmizlə əməkdaşlığa böyük önəm verdiyini və Azərbaycanda işlərin qısa zaman ərzində səmərəli şəkildə icrası üçün hər cür imkanların olduğunu vurğuladı.

İ. Əliyev CISCO şirkəti ilə Azərbaycanın uğurlu əməkdaşlıq etdiyini bildirdi. Dövlət başçısı, öz növbəsində, şirkətin rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı və həmin görüşlərdən keçən dövr ərzində əlaqələrimizin inkişafı üçün yaxşı əsasların yarandığını qeyd etdi, bu əməkdaşlığın bundan sonra da genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

İnformasiya texnologiyaları sahəsinin Azərbaycan üçün prioritet sahələrdən biri olduğunu deyən Prezident ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı işlərin Azərbaycan iqtisadiyyatının sürətli inkişafı baxımından əhəmiyyətini qeyd etdi.

Etikxeber.az

Read Previous

QDİƏT PMBA-nın sessiyası – ERMƏNİLƏRƏ NÖVBƏTİ ZƏRBƏ – YENİLƏNİB – FOTO

Read Next

Tofiq Həsənov ədliyyə general-mayoru oldu- SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir