Əliyev Gənclər Fondunun Müşahidə Şurasının üzvlərini təyin etdi – SİYAHI

Martın 4-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncama əsasən, Fondun Müşahidə Şurasının üzvlüyünə dövlət orqanlarından Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov və Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Cavid Məmmədov təyin ediliblər.

Gənclər təşkilatlarından isə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov təyin olunublar.

Xatırladaq ki, Fondun Nizamnaməsinə əsasən, Müşahidə Şurasının üzvlərinin beşi müvafiq dövlət orqanlarını, dördü isə gənclər təşkilatlarını təmsil edir.

Etikxeber.az

Read Previous

Qətər yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin heyəti açıqlandı

Read Next

U-23 millimiz IV İslam Həmrəyliyi Oyunlarına Bakıda hazırlaşacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir