Əliyev Hasina və Msvati ilə – GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasinanı qəbul etdi.

Etikxeber.az xəbər verir ki, Banqladeş Xalq Respublikasının Baş Naziri xanım Şeyx Hasina Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə, həmçinin nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı üzv dövlətlərin yekdil dəstəyi ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsinin ölkəmizə olan yüksək etimadın və hörmətin təzahürü olduğunu vurğuladı.

Görüşdə Qoşulmama Hərəkatının gündəliyində duran məsələlər, həmçinin kənd təsərrüfatı, humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparıldı.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Banqladeş Xalq Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş imzalandı.

***

Prezidenti İlham Əliyev oktyabrın 26-da Esvatininin Kralı Əlahəzrət III Msvati ilə  də görüşdü.

Görüşdə Esvatininin Kralı Əlahəzrət III Msvati Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin əhəmiyyəti vurğulandı. Müxtəlif sahələrdə, o cümlədən turizm, energetika, elm, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

mvati-ilya

Etikxeber.az

Read Previous

“Azərbaycanın inkişafı və yüksəlişi ölkə hüdudlarından kənara çıxır” – ƏLİ ƏHMƏDOV

Read Next

Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü – BAŞA ÇATDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir