Əliyev Hindistanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavnanın etimadnaməsini qəbul etdi.

Etikxeber.az xəbər verir ki, bu haqda AZƏRTAC məlumat yayıb.

Səfir Bavitlunq Vanlalvavna fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Bavitlunq Vanlalvavna etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Görüşdə ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Səfir Bavitlunq Vanlalvavna diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirdi.

Prezident İlham Əliyev səfirə ölkəmizdə fəaliyyəti müddətində uğurlar arzuladı.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva Fransada – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Aktyorların da maaşları artırıldı – PREZİDENT SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir