Əliyev: “İkitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik”

“Xorvatiya Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Bizim bir qədər əvvəl ikitərəfli, regional və təhlükəsizliklə bağlı məsələlər barədə fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyümüz kimi, mövqelərimiz üst-üstə düşür”.

Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev deyib.

“Biz ikitərəfli əməkdaşlığı inkişaf etdirmək istəyirik”-deyən Prezidentin sözlərinə görə, indi bunun üçün yaxşı imkan var:

“Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xanım Prezidentin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq.

Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq olduqca böyük əhəmiyyət kəsb edir. Biz cədvəl üzrə icra edilməkdə olan “Cənub” Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Əlbəttə ki, Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı var və biz bu istiqamətdə və bütün digər sahələrdə daha çox irəliləyiş görmək istəyirik.

Düşünürəm ki, ölkələrimiz bir sıra sahələrdə çox yaxın tərəfdaşlıq əlaqələri qurublar. Biz xüsusilə ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahələrində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki qeyd etdiyim kimi, siyasi əlaqələr çox yaxşıdır və Sizin səfərinizdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha bir mühüm addım olacaq”.

Etikxeber.az

Read Previous

Yarım milyon ana doğuş zamanı dünyasını dəyişir – KOMİTƏ SƏDRİ

Read Next

Kitaroviç: “Siyasi əlaqələr çox yaxşıdır, lakin…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir