Əliyev Kitaroviçə nəyi xatırlatdı?

Xəbər verildiyi kimi, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə təkbətək görüşü oldu.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulandı. Dövlətimizin başçısı bu ilin əvvəlində Londonda keçirilən “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlatdı, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu dedi.

Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes forumun önəmini vurğuladı. Prezident Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd etdi.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi. Münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu.

Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

MB vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb

Read Next

Azərbaycanda Milli Antidopinq Agentliyi təsis ediləcək – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir