Əliyev-Liberman görüşündə nələr müzakirə olundu? – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

liberman-ilya

Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirildi, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirildi.

Etikxeber.az

Read Previous

Prezident Arif Məlikovu “Şöhrət” ordeni ilə təltif etdi, ona təbrik məktubu ünvanladı

Read Next

Deputatın oğlu ilə bağlı məhkəmədə mübahisə düşdü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir