Əliyev Məmnun Hüseynə təbrik göndərdi

Ölkə Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məmnun Hüseynə təbrik məktubu ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Pakistan Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Pakistan əlaqələri ortaq mənəvi dəyərləri bölüşən qardaş xalqlarımızın iradəsindən qaynaqlanır. Qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsini xüsusi qeyd etmək istəyirəm.

İnanıram ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın inkişafı və möhkəmlənməsi yolunda birgə addımlarımız bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh və rifah diləyirəm”.

Etikxeber.az

Read Previous

Prezident Abşeronda xalça emalatxanasının tikintisinə 2 milyon ayrdı – SƏRƏNCAM

Read Next

Deputatdan “Mehmed bir cihan fatihi” dizisinə ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir