Əliyev Miri Reqevi-QƏBUL ETDİ… – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Reqevi qəbul edib.

Etikxeber.az xəbər verir ki, Miri Reqev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İsrail Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Görüşdə Bakıda keçirilən COP29-un əhəmiyyəti vurğulandı, iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirəsi baxımından bu tədbirin önəmli olduğu qeyd edildi.

Miri Reqev COP29-un yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.

Söhbət zamanı ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparıldı.

Etikxeber.az

Read Previous

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Şəhidi, tək və subay oğul-RÜSTƏM MƏMMƏDOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR

Read Next

Həm Bakılı, həm də Şamaxılı, ailənin üç oğlan övladından biri-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELVİN ABASOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir