Əliyev Putinə-BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Prezidenti Vladimir Putinə başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli Vladimir Vladimiroviç,

Mahaçqalada yanacaqdoldurma stansiyasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən çox kədərləndim.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün xəsarət alanlara şəfa diləyirəm”.

Etikxeber.az

Read Previous

Keçmiş Xüsusi Təyinatlı, 8 medallı Qazi ölkə Prezidentinə müraciət etdi: “NORMAL İŞLƏ TƏMİN OLUNMAĞIMA KÖMƏKLİK GÖSTƏRİN”

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir