Əliyev Ştayyeh və Tatarı qəbul etdi-KONYADA – FOTOLAR – YENİLƏNİB – (2)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib.

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

18:13

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib.

Mohammed Ştayyeh Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi.

Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğuladı. Fələstin Dövlətinin Baş naziri Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini çatdırdı. Mohammed Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırdı.

Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini və onunla təmaslarını məmnunluqla xatırlayaraq siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğuladı və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarı qəbul edib.

Görüşdə Türk dünyasında xalqlar arasında əlaqələrin möhkəmlənməsi işinə xidmət edən V İslam Həmrəyliyi Oyunlarının Türkiyədə keçirilməsinin önəmi vurğulandı. Bu mötəbər beynəlxalq idman tədbirinin Bakıda da yüksək səviyyədə təşkil olunduğu məmnunluqla qeyd edildi.

Söhbət zamanı Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin humanitar, mədəniyyət, təhsil, idman sahələrində genişlənməsinin əhəmiyyətinə toxunuldu.

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva və Leyla Əliyeva Konyada-MÖVLANƏ MUZEYİNDƏ – FOTOLAR

Read Next

Daha 563 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir