Əliyev Trampa başsağlığı verdi

Ölkə Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı verib.

Etikxeber.az-ın xəbərinə görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident. 

Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Etikxeber.az

Read Previous

Əli Əhmədov YAP-çıları səfərbərliyə çağırdı: “DOĞRU YOLDAYIQ…”

Read Next

“Hazırkı olimpiadanın Azərbaycanda təşkili təsadüfi deyil” – MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir