Əliyev Trampa başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, dövlət başçısı Las-Veqas şəhərində keçirilən musiqi festivalı zamanı insanların qəddarcasına atəşə tutulması nəticəsində çoxsaylı tələfat və yaralananlar barədə xəbərin onu son dərəcə sarsıtdığını bildirib.

Azərbaycan Prezidenti bu dəhşətli hadisə ilə əlaqədar ABŞ Prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Etikxeber.az

Read Previous

Parlament “Dövlət qulluğu haqqında” qanuna düzəlişlə bağlı Prezidentin etirazını qəbul etdi

Read Next

DİN: Sumqayıtda qətl hadisəsi törədən beş nəfər tutulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir