Əliyev tunisli həmkarını təbrik etdi

Ölkə Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Tunis xalqına sülh və rifah arzulayıram.

Etikxeber.az

Read Previous

Bakıda və Bərdədə yanğın oldu

Read Next

Novruz bayramı ilə bağlı məktəblərdə qeyri-dərs günləri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir