Əliyev: “Xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməzlər…”

“Özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.

Etikxeber.az  məlumat verir ki, Azərbaycan prezidenti İlham Əliyev bunu Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Dövlət başçısı 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunub:

“Əks-hücum əməliyyatı nəticəsində ordumuz düşmənə güclü sarsıdıcı zərbə vurub və minlərlə hektar torpaq işğaldan azad edilib. Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm də bir daha Azərbaycan dövlətinin gücünü göstərdi. Bu, həm də bir daha onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda aprel döyüşlərində illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Onlar özləri etiraf edirlər ki, xarici yardım olmasa, bir həftə ərzində qabağımızda dura bilməyəcəklər”.

Prezident bir daha vurğulayıb ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağıl Azərbaycanın mövqeyi dəyişməz qalıb.

Etikxeber.az

Read Previous

Biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik – ƏLİYEV

Read Next

2 minə yaxın sosial mənzil tikiləcək – RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Warning: Unknown: write failed: No space left on device (28) in Unknown on line 0

Warning: Unknown: Failed to write session data (files). Please verify that the current setting of session.save_path is correct (/tmp) in Unknown on line 0