Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Buyar Nişaniyə təbrik məktubu göndərib.
Etikxeber.az-ın məlumatına görə, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Əminəm ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Etikxeber.az