Vitse-spiker Bahar Muradova öz “Facebook” səhifəsində ünlü və korifey sənətkar, “İstiqlal” ordenli SSRİ Xalq artisti, millət vəkili Zeynəb Xanlarova ilə Heydər Əliyev Mərkəzində çəkdirdikləri fotonu paylaşıb.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, dünən Heydər Əliyev Mərkəzində sabiq dövlət başçısı-mərhum Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Mərasim iştirakçıları arasında Z. Xanlarova da olub.
B. Muradova isə “Milli Liderimiz Heydər Əliyevin cətin günlərinin dostu , Azərbaycanın dünya miqyaslı tərənnümcüsü, canlı sənət korifeyimiz, gözəl insan və xanım ,xalqımızın sevimlisi Zeynəb xanımla Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş mərasimdən”-deyə,yazıb.
Etikxeber.az