Əliyevin nişanələri görünür – YAP SƏDRİNİN MÜAVİNİ

Əli Əhmədov: Xidmətləri o qədər böyükdür ki, Əliyevin xatirəsi hər gün anılır

Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər böyükdür ki, Heydər Əliyevin xatirəsi hər gün anılır.

Etikxeber.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov mərhum eks-prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın ayrı-ayrı sahələrdə inkişafında Heydər Əliyevin nişanələri görünür.

heydar

Onun sözlərinə görə, Azərbaycanın hər bir güşəsində Heydər Əliyevin izi görünür, hər bir sahənin inkişafında Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət özünü göstərir:

“Bu gün Azərbaycan Heydər Əliyevin ideyaları əsasında fəxrlə inkişaf edir. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, dəyərlər, strategiya Azərbaycan xalqına xidmət edir”.

Ə.Əhmədov bildirib ki, Azərbaycanın bütün vətəndaşları Heydər Əliyevə minnətdarlıq edir:

“Gənclər onlara göstərilən diqqət və qayğıya görə, incəsənət xadimləri incəsənətə göstərdiyi diqqətə görə, digər nəsillər də başqa fəaliyyətlərə görə Heydər Əliyevin xatirəsinə dərin hörmətlərini ifadə edirlər”.

Etikxeber.az

Read Previous

Sabirabadda dəhşətli qəza: 6 ÖLÜ – YENİLƏNİB – FOTO

Read Next

Azərbaycanın ərazi toxunulmazlığı həm də Avropa üçün önəmli məsələdir – NAZİR MÜAVİNİ- YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir