Əliyevlə Fransisk arasında dialoq: “Ölkənizdə dini azadlıqlar tam təmin edilib”

Oktyabrın 2-də rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü olub.

Etikxeber.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, Prezident İlham ƏLİYEV deyib:

-Xoş gəlmisiniz Zati-müqəddəsləri. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Bu səfəriniz tarixi səfərdir. Mən şadam ki, səfəriniz çox yaxşı keçir.

Roma Papası FRANSİSK deyib:

-Çox sağ olun. Mən Sizə təşəkkürümü bildirirəm. Belə xoş hava ilə müşayiət olunan günə görə də Sizə minnətdaram. Mən bilirəm ki, Vatikanda səfərdə olmusunuz. Mən o səfərə görə səmimi qəlbdən təşəkkürümü bildirirəm. Həmçinin səfərə başladığım zaman mənə göstərdiyiniz səmimi qəbula görə Sizə minnətdaram.

İlham ƏLİYEV: Çox minnətdaram ki, Siz mənim dəvətimi qəbul edib Azərbaycana səfər edirsiniz. Ümid edirəm ki, Siz Vətənə xoş təəssüratlarla qayıdacaqsınız. Səfəriniz həm Vatikan–Azərbaycan əlaqələri, eyni zamanda, sivilizasiyalararası dialoq üçün çox böyük əhəmiyyət kəsb edir.

Roma Papası : Mən, ümumiyyətlə, qeyd etmək istəyirəm, indiki zamanda, xüsusilə də Avropa dövlətlərinə bu sözləri aid etmək olar ki, bizim hamımız üçün çox vacib olan zənginliklərə, mənəvi məsələlərə gəldikdə, bunlar xüsusi əhəmiyyət kəsb edir. Bir halda ki, bu hadisələr baş verir və əslində bu, insanlar üçün indiki zamanda olduqca lazımlı bir məqamdır. Biz yalnız onunla öz əlaqələrimizin məhsuldarlığı haqqında danışa bilərik. Biz bilirik ki, bu gün Sizin qədim torpağınızdayıq. Həmçinin bunu da bilirik ki, Sizin ölkədə dini azadlıqlar tam təmin edilib.

 İlham ƏLİYEV: Azərbaycanda bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır, sülh, mehribanlıq şəraitində yaşayır.

***

Sonra Prezident İlham Əliyevin ailə üzvləri Roma Papası ilə görüşdülər.

Daha sonra hədiyyələr təqdim olundu.

Etikxeber.az

Read Previous

FHN: Evdə köməksiz vəziyyətdə qalan biri uşaq olmaqla 3 nəfər xilas edilib

Read Next

Poma Papası şəhidləri ziyarət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir