“Əmək haqqımdan bu fonda fəaliyyətə başlayan kimi vəsait köçürəcəyəm”-FAZİL MUSTAFA

Azərbaycan Prezidenti İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı fərmanı əslində Azərbaycan dövlət ilə Azərbaycan vətəndaşları arasında bu ağır günlərdə həmrəyliyi ehtiva edir və bu ideya bütün imkanı çatan vətəndaşlar tərəfindən dəstəklənməlidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

O, qeyd edib ki, dövlət onsuz da öz imkanlarını səfərbər alaraq müvəqqəti olaraq işini dayandırmış, sosial çətinliklərlə üzləşmiş vətəndaşlara dəstəyini əsirgəmir.

“Bu prosesdə imkanı çatan vətəndaşların da öz töfhəsini verməsi daha az itkilərlə bu çətin sınaqdan çıxmamıza vəsilə ola bilər. Ona görə də mən də bir siaysi partiya rəhbəri və milliət vəkili olaraq əmək haqqımdan bu fonda fəaliyyətə başlayan kimi vəsait köçürəcəyəm. Hər birimiz bu gün dünyanı bürüyən epidemiya təhlükəsinə qarşı mübarizə üçün azacıq fədakarlıq etsək, bununla yalnız dövlətimizə dəstək vermiş olmayacağıq, həm də azərbaycanlı olaraq bir-birimizə dəyər verdiyimizi göstərəcəyik”-deyə, millət vəkili əlavə edib.

Etikxeber.az

Read Previous

“Redaksiya rəhbərləri daha məsuliyyətli olmalıdır…”-ƏFLATUN AMAŞOV

Read Next

Azərbaycandan Rusiya və Ukraynaya sərnişin qatarlarının hərəkəti-DAYANDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir