Əmək Məcəlləsinə korrupsiya ilə bağlı dəyişiklik edilir… ( YENİLƏNİB -3)

Azərbaycanda Əmək Məcəlləsinə korrupsiya ilə əlaqədar məlumat verən şəxsin hüquqlarının qorunması üçün əlavələr edilir.

meclis

Etikxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin aprelin 4-də  keçirilən iclasında məlumat verən komitə sədri Hadi Rəcəbli bildirib ki, yeni əlavəyə əsasən, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barədə intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyatı olmadığını əsaslandırmalıdır.

hadi racabli-hadi

Bundan əlavə, yeni təklif edilən əlavəyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir:

“Bu dəyişikliyi etməkdə məqsəd odur ki, işçi korrpusiya ilə əlaqədar məlumat verdikdə, rəhbər əlinə fürsət düşən kimi onu attestasiyadan keçirməyərək işdən çıxarmasın. Biz belə halların qarşısını almaq istəyirik”.

***

hadiiiiiiiiiiiiiiiii-1111111111111111

İclasda sonra  “Turizm haqqında” qanun layihəsi müzakirə olunub.

Qanun layihəsi barədə məlumat verən MM-in Sosial qanunvericilik şöbəsinin əməkdaşı  Adil Vəliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir.
“Qanun layihəsində 88 maddə ixtisar olunub və 70 maddəyə endirilib. Bu, hələ də tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixtisar oluna bilər. Yəni, bu, son deyil”- deyə, A. Vəliyev vurğulayıb.
 O, deyib ki, qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar  nəzərdə tutulub:
“Hansı ki, turizm sektoruna sərmayə qoyan sərmayədarlara  güzəştlərin tətbiqini nəzərdə tutur”.
A.Vəliyev deyib ki, sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf  strategiyası öz əksini tapıb.
***
hadi-2

Müzakirələr zamanı H. Rəcəbli iddia edib ki, son iki ayda Azərbaycana  gələn turistlərin sayı ötən illə müqayisədə 12 faiz artıb.

Onun sözlərinə görə, mart ayında da ölkəyə gələn turistlərin sayı həddindən artıq çox olub:
“Məhz buna görə də sərhəd-keçid məntəqləri və gömrük orqanları  gücləndirilmiş iş rejimində çalışıblar.
Məqsəd də ölkəyə gələn turistlərin giriş-çıxışını təmin, təşkil etmək olub.
Hesab edirəm ki, yay aylarında da ölkəyə turist axını çox olacaq”.
***
rauf_aliev_deputat_31243412
Adıçəkilən komitənin sədr müavini Rauf Əliyev öz növbəsində deyib ki, turizm reyestrinə daxil edilməyən  turizm şirkətləri və mehmanxanaların fəaliyyəti  dayandırmalıdır.
Deputatın  sözlərinə görə, qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyac var:
“Çünki qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq  məqamlar var”.
 R.Əliyev əlvə edib ki, turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turzm şirkəti və mehmanxana peyda olub:
“Bunlar da başlayıblar özbaşına fəaliyyət göstərməyə… Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna  dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bu yaxınlarda Nigeriyadan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi.
Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turzim şirkətləri və mehmanxanaları turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın”
 
R. Əliyev  eyni zamanda, qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınmasını məqsədəuyğun saydı, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı təkliflərini verdi.
jala aliyeva
Millət vəkili Jalə Əliyeva də qanun layihəsindəki bəzi üslub səhvlərinə, ümumən sənədin dilinə öz etirazını bildirib. 
Bildirib ki, qanunu dili sadə  və başadüşülən olmalıdır.

Etikxeber.az

Read Previous

“İtkin məni düz bir ildir yandırır, gör valideynlərin nə çəkir?!” – EKS-DEPUTAT

Read Next

“Kasıblar ölkə vətəndaşı deyil, onlar istirahət etməməlidir?” – DEPUTATDAN TƏPKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir