“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat lazımdır – AÇIQLAMA

Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaq və digər məsələlərlə bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat pul lazımdır.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib.

hadi-2

O, qeyd edib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən ayrılması üçün qanunlara əlavə və dəyişikliklər edib:

“Bütün bunlar möhtərəm prezidentimizin xeyir-duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək – RƏCƏBLİ

Read Next

Dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilmişik – JALƏ ƏLİYEVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir