Milli Məclisin (MM) İnsan hüquqları, Əmək və sosial siyasət komitəsinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə iyunun 5-də keçirdiyi iclasın gündəliyinə “Əmək pensiyaları haqqında” qanununa dəyişiklik məsələsi salınıb.
Etikxeber.az-ın məlumatına görə, qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları) maddəsinə əlavə edilən yeni bəndə əsasən əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyənləşdirilir.
Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyən olunur. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Etikxeber.az