Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Martın 30-da olacaq plenar iclasla bağlı millət vəkilləri parlamentdə ikinci dəfə koronovirusla bağlı test müayinəsindən keçirilirlər.
Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, rəhbərlik etdiyi komitənin üzvləri bu gün test müaiyəsindən keçiriləcəklər.
“Milli Məclisdə bununla bağlı qarafik tərtib olunub. Çünki sıxlıq olmamalıdır. Həm də ən azı iki metrlik məsafə olmalıdır. Bizim komitəyə də bu gün vaxt ayırıblar. Komitəmizin üzvləri bu gün saat 13:0-dan 13:30-can testdən kecəcəklər, analiz verəcəklər. Elə mən də indi MM-ə getməyə hazırlaşıram. Koronavirus çox böyük bir təhlükə və bəladır. Ölkəmizdə də bunun önləmnməsi üçün hər bir addım atılır, xüsusi karantin rejimi tətbiq olunub. Ona görə də hər kəs bu məsələdə ehtiyatlı, diqqətli və məsuliyyətli olmalı, deyilənlərə əməl etməlidir”-deyə, M. Quliyev sözlərinə əlavə edib.
Əmək və sosial siyasət komitəsinin üzvləri:
Musa Quliyev – (sədr), Məlahət İbrahimqızı – (sədr müavini), Vüqar Bayramov, Əziz Ələkbərov, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev və Ziyad Səmədzadə.

***
Əldə etdiyimiz məlumata görə, sözügedən komitənin üzvləri də (65 yaşdan aşağı olanlar) müayinədən keçiriliblər.
Onlardan da analizlər götürülüb və analizlərin cavabları yaxın günlərdə açıqlanacaq.
Etikxeber.az





