Əməkdar artist prezidentin sərəncamı haqda nə dedi?

Nadir Xasıyev: Bu, təkcə mənə deyil, bütövlükdə teatr sənətinə verilən qiymətdir

 Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən mənə verilən bu yüksək fəxri ad mənim uzun illərdən bəri yaradıcılığıma, mənim sənətimə verilən çox böyük qiymət, çox böyük dəyərdir.

Etikxeber.az  Oxu.Az-a xəbər verir ki, bunu  tanınmış sənətçi, Əməkdar artist Nadir Xasıyev deyib.

96-4

“35 ildən artıqdır ki, professional səhnədəyəm, onlarla tamaşalarda baş rollarda ifaçı olmuşam və təbii ki, bu, təkcə mənim sənətimə verilən qiymət deyil, eyni zamanda bizim- Azərbaycan Dövlət Akademik Musiqili Teatrınaa verilən bir qiymətdir, bütövlükdə Azərbaycan teatr sənətinə olan diqqət və qayğının nəticəsidir, təzahürüdür” – deyən Əməkdar artistin sözlərinə gözlərinə görə, bu, həm də  ölkə prezidenti tərəfindən teatra, sənət adamlarına böyük bir mənəvi dəstəkdir.

nadir-1

“… Aktyorların maddi-rifah halının yüksəlməsi baxımından  onlara fəxri adların, təqaüdlərin, mükafatların verilməsi  bütövlükdə yaradıcı mühitin daha da genişlənməsi, Azərbaycan çağdaş teatr sənətinin yüksəlişi deməkdir…

nadir-2

“Eyni zamanda, heç kimə sirr deyil ki, son illərdə bütövlükdə bizim mədəniyyətimizdə, teatr sənətində çox böyük inkişaf var. Çünki ölkə başçımız tərəfindən teatrların maddi-texniki bazasının yüksəldilməsi, eyni zamanda, aktyorların maddi-rifah halının yüksəlməsi baxımından  onlara fəxri adların, təqaüdlərin, mükafatların verilməsi bunlar hamısı bütövlükdə yaradıcı mühitin daha da genişlənməsi, Azərbaycan çağdaş teatr sənətinin yüksəlişi deməkdir. Mən bir daha məlum sərəncama, mənə verilən bu yüksək ada görə ölkə başçımız cənab İlham Əliyevə  dərin təşəkkürümü bildirirəm”-deyə, Əməkdar artist sözlərinə əlavə edib.

 Qeyd edək ki, N. Xasıyev 1961-ci ilin 24 dekabr tarixində Ağsu rayonunun Bico kəndində ziyalı ailəsində anadan olub.

1984-cü ildə İncəsənət İnstitutunun musiqi komediya aktyoru fakültəsini, 1998-ci ildə isə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının vokal şöbəsini bitirib.

Bir müddət Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktyor işlədikdən sonra 1993-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunub.

N.Xasıyevin “Subaylarınızdan görəsiniz”də Fəqan, “Qızıl toy”da Azər, “50 yaşında cavan”da Qulu, “O olmasın, bu olsun”da Sərvər, “Nəğməli Könül”də Ramazan, “Hərənin öz ulduzu”nda Əlibala, “Səhnədə məhəbbət”də Rüstəm, “Hələlik”də Mürsəl və başqa rollar, obrazlar  yaradıb.

1997-ci ildə “Aparıcı səhnə ustası” kateqoriyasına layiq görülüb.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

 

Read Previous

Almaniya kubokunu “Bavariya” apardı… – FOTO

Read Next

Azərbaycan, yoxsa, ABŞ əməkdaşlıqda daha çox maraqlıdır? – AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir