Əməkdar artist Tünzalə Əliyeva-DÜNYASINI DƏYİŞDİ

Əməkdar artist Tünzalə Əliyeva uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, Tünzalə Əliyeva 1973-cü ilin 15 fevralında Gəncə şəhərində anadan olub.

1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram və kino aktyorluğu” fakültəsinə qəbul olub.

Ali məktəbi başa vurandan sonra bir müddət özəl teatrlarda çalışıb. Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra isə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

Aktrisa bir müddət Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında da fəaliyyət göstərib.

Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında işlədiyi müddətdə “İzinlə”, “Vətənim” və “Gülüş qatarı” verilişlərinin aparıcısı olub.

Aktrisa daha çox verilişlərin birində canlandırdığı “Toppuş bacı” obrazı ilə tanınıb.

Tünzalə Əliyeva uzun müddətdir, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət etsin!

Etikxeber.az

Read Previous

“Park Qusar” istirahət mərkəzində yanğın oldu-4 NƏFƏR ÖLDÜ – YENİLƏNİB

Read Next

XİN Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti-QINADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir