Əməkdar jurnalist-“55” DEDİ, SƏNƏDLƏRİNİ DSK-YA TƏQDİM ETDİ

Əməkdar jurnalist Azər Həsrət dekabrın 27-də rəsmən deputatlığa namizədliyini irəli sürüb.

Etikxeber.az-ın xəbərinə görə,  A. Həsrət sənədlərini 55 saylı Xaçmaz şəhər seçki dairəsinin dairə seçki komissiyasına (DSK) təqdim edib.

Seçki qanununa görə, DSK 5 gün müddətində sənədlərə baxıb namizədə imza vərəqlərini təqdim edəcək. Azər Həsrət bildirib ki, proses ümumilikdə normal gedir.

O, qeyd edib ki, DSK təmsilçiləri namizədlərin irəli sürülməsi prosesində yetərincə peşəkar yanaşma sərgiləyir, hər hansı əngəldən və ya pozuntudan söhbət gedə bilməz.

Deputatlığa iddialı şəxs onu da əlavə edib ki, dairə ərazisindəki seçicilərin çoxsaylı müraciətlərini nəzərə alaraq yaxın günlərdə seçki qərargahını rəsmiləşdirmək fikrindədir.

Cəmiyyətdə seçki ilə bağlı dolaşan müxtəlif iddialara da toxunan iddiaçı qeyd edib ki, onu kimlərinsə uydurduğu dedi-qodu deyil, dövlətin gördüyü işlər maraqlandırır:

“Biz ortalıqda dolaşan qeyri-ciddi, dedi-qodu qismində olan fikirləri özümüzə yaxın buraxmırıq. Dövlətimizə, onun siyasətinin başında duran Prezidentimiz İlham Əliyevə güvənirik. Biz inanırıq ki, bu seçkidə haqqı və yetərincə dəstəyi olanlar qalib gələcək. Elə şəxslər sırasında özümüzü gördüyümüz üçün də namizədliyimizi irəli sürürük. Seçki bir yarışmadır. Güclü olan qalib gələcək. Biz də qalib gələcəyimiz təqdirdə, əlbəttə ki, ən yüksək səviyyədə millət vəkilliyi edəcəyik. Hər zaman olduğu kimi bundan sonra da dövlətimizin uyğun bildiyi yerdə, uyğun bildiyi şəkildə fəaliyyət göstərəcəyik”.

Etikxeber.az

Read Previous

VHP-nin rəsmi namizədləri: RAFAEL HÜSEYNOV, SABİR RÜSTƏMXANLI, FƏZAİL İBRAHİMLİ, SAMİR ƏSƏDLİ…

Read Next

Eldar İbrahimov, Hadi Rəcəbli və Hüseynbala Mirələmov – VETERAN YAP-ÇILAR YENİDƏN SEÇKİLƏRƏ GEDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir