“Əmin olun ki, danışıqlar fayda verməsə…” – AMAŞOV QDİƏT PM-DƏN SƏSLƏNDİ – FOTO

Əflatun Amaşov QDİƏT PM-in komitəsinin iclasında çıxış edib

 Deputat, Azərbaycan Mətbuat Şurasının (AMŞ)  sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin Türkiyənin Giresun şəhərində keçirilən 53-cü iclasında çıxış edib.

Etikxeber.az xəbər verir ki, Ə.Amaşov çıxışında Azərbaycanda aparılan vergi siyasətinin xüsusiyyətlərindən söz açıb, bu sahədəki islahatların müxtəlif detallarına diqqət çəkib.

Deputat bildirib ki, ölkənin artan inkişafı xaricdən yeni investorların cəlb edilməsini şərtləndirir. Bu proses isə daha əlverişli vergi mühitinin yaradılmasını qaçılmaz reallığa çevirməkdədir. Azərbaycan dövləti siyasətini məsələyə məhz mövcud kotekstdən baxmaqla qurur, təbii ki, yerli investorların da maraqları nəzərə alınır.

“Əldə edilən uğurlara baxmayaraq, nəzərə almaq lazımdır ki, Azərbaycanın vergi sistemi yenidən qurulur”– deyən Ə.Amaşov ölkəmizin bu sahədəki beynəxalq əməkdaşlığının gözlənilən perspektivlərinə də diqqət çəkib.

aflatun-qdiet

Deputat həmçinin, Ermənistan parlamenti sədrinin müavini Vahe Enfiajyanın çıxışında səsləndirdiyi fikirlərinə də münasibət bildirib:

“Ermənistan nümayəndəsi siyasi məsələdən söz açdı. Ümumən belə deyim: mənim və ölkəmin mövqeyi bundan ibarətdir ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub. On minlərlə insanımız öz yurd-yuvasından qovulub. Minlərlə insanımız qətlə yetirilib. Azərbaycan tərəfi hazırda Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə çalışır. Əgər bu alınmasa, torpaqlarımızı güc yolu ilə geri qaytarmaq haqqını özümüzdə saxlayırıq. Tam əmin olun ki, danışıqlar fayda verməsə, bu haqdan istifadə ediləcək”.

Qeyd edək ki, Ermənistan parlamenti sədrinin müavini V.Enfiajyan çıxışında QDİƏT PM-in bir neçə ay öncə Bakıda keçirilmiş sessiyasında Qarabağın Azərbaycan torpağı olmasına dair fikirlərin səslənməsini yolverilməz adlandırmışdı.

Etikxeber.az

Read Previous

Bakıya 10 milyon ayrıldı – SƏRƏNCAM

Read Next

“Gənc ailələrin sosial müdaiəsi ilə bağlı qanuna ehtiyac var” – ELMİRA AXUNDOVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir