Əmisi Birinci Qarabağ Şəhidi, atası ikinci qrup Qarabağ əlili, Qazi olan-ALİ TƏHSİLLİ, PEŞƏKAR HƏRBÇİ, LEYTENANT, BİR NEÇƏ MEDAL VƏ “RƏŞADƏT” ORDENLİ SƏRVAN MEHMAN OĞLU GÖYÜŞOV… – FOTOLAR – YENİLƏNİB

Sərvan Mehman oğlu Göyüşov…

Ağdamın İkinci Vətən Müharibəsi Şəhidlərindən, Vətən sevdalılarımızdan, Nur üzlülərimizdən biri…

Sərvan Göyüşov 1997-ci ilin fevral ayının 28-də dünyaya gəlib…

Əslən Ağdamın Qiyaslı kəndindən olsalar da, məcbiri köçkünlüklə bağlı Bərdə rayonunda, Türk-Qızıl Ay çadır şəhərciyində yaşayıblar…

Sərvan da, tək və böyük qardaşı Dağlar da həmin çadır şəhərciyində dünyaya gəliblər…

Sonra, 2005-ci ildə Ağdamın “Bənövşələr” qəsəbəsinə köçüb və orada yaşayıblar…

Uşaqlıdan hərbçi olmaq arzusuna düşüb…

Və 2014-cü ildə bu arzusuna çatıb və 2014-2018-ci illərdə Heydər Əliyev adına Hərbi Məktəbdə təhsil alıb…

Leytenant hərbi rütbəsini daşıyıb…

2018-ci ilin iyulundan Qazax istiqamətində-N saylı hərbi hissədə fəaliyyət göstərib…

2019-cu ilin noyabrından isə özünün xahişi və ərizəsi ilə ön xəttə – Kəlbəcər-Murov istiqamətində yerləşən hərbi hissəyə göndərlib…

Və İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə iştirak edib…

Şərəfli döyüş yolu isə 5 gün çəkib…

Və oktyabrın 1-də Kəlbəcər-Murov istiqamətində Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra Quzanlı qəsəbə Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən bir neçə medal və 3-cü dərəcəli “Rəşadət” ordeninə layiq görülüb…

Qeyd edim ki, Şəhidin atası Mehman kişi də Qarabağ Savaşı iştirakçılarından olub…

1992-94-cü illərdə Birinci Qarabağ Savaşında iştirak edib və Novruzlu istiqamətində yaralanıb…

İkinci qrup Qarabağ əlili, Qazidir…

Şəhidin əmisi Tanrıverdi Ənvər oğlu Göyüşov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir…

1992-ci ilin 15 iyununda Ağdərə istiqamətində itkin düşən Tanrıverdi Göyüşova sonradan Şəhidlik statusu verilib…

Qəhrəmanlar ailəsinin Qəhrəman övladı olub Sərvan…

Sərvan həm də nişanlı olub…

Bəylik, gənclik arzuları da həyatı kimi yarımçıq qalıb…

***

Bu gün Şəhidimizin valideynləri ilə digər Ağdamlı Şəhidimiz Məhəməmmədəli Məhəmmədəlizadəgildə bir araya gəldim…

Şəhidimizin valideynləri-anasıAdilə xanıma və atası Mehman Göyüşova Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…

Ruhu qarşısında dərin ehtiramla baş əydiyimi bildirdim…

Şəhidimizin ailəsi-valideynləri ilə söhbətləşdim, dərdləşdim…

Eyni zamanda, Şəhidimizin anası Adilə xanıma “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin “Şəhid anası” medalı və vəsiqəsini təqdim etdim…

Şəhidimizin anası da “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri, Qubalı Şəhid anası Tünzalə Abduləlimovaya öz minnətdarlığını bildirdi…

Ruhu şad, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Tatarıstan Prezidentini, BƏƏ-li naziri və Türkmənistanın vitse-premyerini-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Daha 43 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir