Əmisi Birinci Vətən Müharibəsi, dostu-sinif yoldaşı və özü isə İkinci Qarabağ Savaşı Şəhidi olan-EVİN-AİLƏNİN TƏK VƏ NİŞANLI OĞLU, GORANBOYLU, QIZILHACILILI KƏNAN ƏLƏKBƏRLİNİN SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kənan Müşfiq oğlu Ələkbərlinin doğum günüdür.

Kənan Ələkbərlinin sabah 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü, mövludu ilə bağlı sabah səhər saatlarında Kənan Ələkbərlinin Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.

Qısa çıxışlar olunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə-ata ocağında məclis düzənlənəcək, adına ehsan süfrəsi təşkil olunacaq, ruhuna bir daha dualar ediləcək.

Etikxeber.az xəbər verir ki, Kənan Ələkbərli 1996-cı ilin may ayının 15-də Goranboy rayonunun Qızılhacılı qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

Hər iki bacısı ailəlidir.

Özü isə nişanlı olub.

Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarındandır.

Əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir.

O, 1994-cü ilin qışında-yanvar ayında Ağdərə (Akop-Kamari) istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə ucalıb.

Ancaq 30 il keçsə də, hələ də nəşi tapılmayıb, itkin-məzarsız Şəhidlərimizdındir.

Cabbar texnikum təhsilli və subay olub.

Kənan 2002-2013-cü illərdə Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində oxuyub.

Məktəbi bitirdikdən bir müddət sonra, 2014-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub.

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinin ilk günlərindən isə döyüşlərdə olub.

Oktyabr ayının 10-da Tərtər-Ağdərə-Suqovuşan istiqamətində ağır döyüşlərdən birində Şəhid olub və oktyabrın 11-də nəşi Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ancaq ailəsi Kənanın ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Qızılhacılıda adını daşıyan küçə var.

Qeyd edək ki, Kənanın yaxın dostu və sinif yoldaşı İlkin Səfail oğlu Vəliyev də İkinci Vətən Müharibəsinin Şəhididir.

İlkin Kənandan 15 gün sonra Şəhidlik məqamına yüksəlib və torpağa tapşırılıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 28 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz əziyyət çəkirik, Siz daha çox əziyyət çəkirsiniz…”-Prezident Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini-QƏBUL ETDİ – FOTO – YENİLƏNİB

Read Next

“ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır…Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir