Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
2023-cü il arxada qalıb. 2023-cü ildə bir çox önəmli hadisələr baş verib. Amma ən çox dövlət suverenliyinin bərpası Azərbaycan xalqının yaddaşında qalacaq.
Etikxeber.az xəbər verir ki, bunu ölkə Prezidenti İlham Əliyev Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycan xalqına təbrikdə deyib.
Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqına təbriklərini çatdıran dövlətimizin başçısı deyib: “
2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür”.
Etikxeber.az




