Ən çox Şəhidi olan Qızılhacılının sonuncu iki Şəhidindən biri-19 YAŞLI, CƏMİ 5 AYIN ƏSGƏRİ HÜSEYN ƏFQAN OĞLU NƏSİBOV…ŞƏHİDLİYİNDƏN DÜZ 5 GÜN KEÇİR VƏ… – FOTOLAR – YENİLƏNİB

19-20 sentyabr 2023-cü il Şəhidlərimizdən olan Hüseyn Əfqan oğlu Nəsibovgildəyəm…

Qəhrəman Goranboyumun 1988-ci ildən, qanlı Qarabağ münaqişəsi başlayan gündən ən çox Şəhid verən, ən çox Qazisi, ən çox Milli və Vətən Müharibəsi Qəhrəmanı olan Qəhrəman Qızılhacılı qəsəbəsinin sonuncu iki Şəhidindən biri Hüseyn balamızın ocağındayam…

7 noyabr 2004-cü il təvəllüdlü, ailənin üç övladından biri olan Hüseynin Şəhidliyindən, Şəhadətindən düz 5 gün keçir…

Düz 5 gün öncə Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal antiterror tədbirləri zamanı Vətən yolunda və cəmi 19 yaşında Şəhidlik məqamına ucalıb Hüseynimiz…

Azərbaycan Ordusunun-cəmi 5 ayın Əsgəri kimi sinəsini qabağa verərək, Vətən yolunda canını fəda edib…

Cəmi 19 yaşında və cəmi 5 ayın Əsgəri kimi…

Bir vətəndaş, bir ziyalı, bir qələm əhli və bir Qızılhacılılı kimi mən də sentyabrın 20-də Şəhidimizin vida və dəfn mərasimində iştirak etdim…

Çox dəhşətli bir mənzə, anlar idi…

Hələ də gözümün qabağından getmir, hələ də Şəhidimizin anası Pərvanə xanımın, tək-ailəli, bir övlad anası bacısının-Könülün və tək-orta məktəbə şagirdi olan qardaşının-Nurlanın, nənələrinin-Ofelya xanımın və Təranə xanımın fəryadı qulaqlarımdadır…

Sözlərlə, kəlmələrlə ifadəsi mümkün deyil…

Allah heç bir ocağa od düşürməsin, Allah heç bir anaya, ataya…övlad dağı, övlad acısı yaşatmasın!

Bəli, Şəhidlik Ucalıqdır, Zirvədir, həm də Dərddir, Kədərdir, Acıdır…

Bəli, qeyd etdiyim kimi, bu gün yenə Şəhidimizin, Hüseynimizin hüznlü ocağındayam…

Və bir Allah bilir nələr yaşayıram, nə hisslər keçirirəm…

Nədən başlayıb, nədən qurtaracağımı bilmirəm…

Sözlər, kəlmələr boğazımda düyünlənib…

Güclə də, birtəhər də olsa, Şəhidimizin valideynlərinə, bacı və qardaşına, nənələrinə…başsağlığı verirəm, onlara Allahdan səbr və dözüm arzulayıram…

“Şəhidimizin ruhu şad olsun! Ruhu və Sizlər qarşısında baş əyirəm!”-deyirəm…

Şəhidlərimizə, onları yetişdirən Qəhrəman valideynlərə, o cümlədən Hüseynimizin Yaralı, Dərdli ana-atasına bir ömür boyu borclu olduğumuzu dilə gətirirəm…

Söhbətləşirəm, dərdləşirəm…

Çox ağırdır, çox…

Övladlarının şirinliyindən doymamışkən, acısını yaşayırlar…

Hüseynsizliyi qəbul edə bilmirlər, hələ acılı, kədərli gözləri onun yolunu gözləyir

Allah bir daha və bir daha səbr və dözümlərini versin!

Böyük Yaradan bir daha və bir daha Şəhidimizin məqamını Uca, məkanını cənnətlik etsin!

Amin!

11:30

***

FOTOLAR:

“Bu bağı, bu gözəlliyi balam özü öz əllərinin qabarı ilə salmışdı, yaratmışdı…”

***

5 gündür ONUN yolunu gözləyən ata ocağı…

***

Cəmi 40 yaşında cəmi 19 yaşlı balasını Şəhid verən Ana…Şəhid Hüseyn balamızın Anası Pərvanə Ana…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Rusiyanın daha 51 hərbi texnikası və 4 silah-sursat anbarı-MƏHV EDİLDİ

Read Next

Qənir Paşayeva-KOMAYA DÜŞDÜ – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir