Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bəyaz dul” bu dəfə Türkiyəni hədəf alıb
“Bəyaz dul” kod adlı qadın terrorçunun “terror planı”nda Türkiyə də yer alıb.
Etikxeber.az “Sözçü”-yə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın məşhur nəşrləri məlumat yaylıblar.
Qeyd olunur ki, 2005-ci ildə Londonda terror törədən və intihar edən terrorçunun hələ də axtarışda olan həyat yoldaşı Samanta Levthvaitenin “intihar bombaçıları” “yetişdirməklə” məşğul olduğu üzə çıxıb.
Onun “yetişdirdiyi” həmin terrorçuların aralarında Türkiyənin də olduğu bir çox ölkəyə terror hücumuna hazırlaşdığı iddia edilib.
Yəni, dünyanın ən qəddar qadın terrorçularından biri olaraq tanınan Samanta Levthvaitenin yazışmaları, telefon görüşmələri və təhlükəsizlik hesabatlarına görə, onun İngiltərə, Yunanıstan, Kanar adaları kimi nöqtələri hədəfinə aldığı qeyd edilir.
Etikxeber.az