Ən qiymətli sırğalar hərraca çıxarıldı – FOTO

Sothebys satış evi sırğa formasına salınmış iki nadir brilyantı hərraca çıxarıb.

Etikxeber.az Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, qiymətli daşlardan biri “Mavi Apollon” (14,5 karat), digəri isə “Çəhrayı Artemida” (16 karat) adlanır.

Onlara qədim yunan allahlarının adı təsadüfən verilməyib. Hərrac evinin nümayəndələri bildirirlər ki, bu daşlar öz nadir rənginə və təmizliyinə görə, dünyanın ən gözəl brilyantlarından hesab olunur.

Brilyantlara sırğa forması verilsə də, onlar ayrı-ayrılıqda satılacaq. İki lotun start qiyməti 68 milyon dollar təşkil edir.

Etikxeber.az

Read Previous

“Savaşda ən çox analar ölür…” – MİLLƏT VƏKİLİ YAZIR

Read Next

“Rəhim Qazıyev hələ də anlamır ki, “şərəfini, ləyaqətini Şuşa qalasında itirmiş…” – FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir