Ən stajlı kişi və xanım deputatlar-İBRAHİMOV, RƏCƏBLİ, ZABELİN, İSMAYILOV, İBRAHİMQIZI, PAŞAYEVA, ƏLİYEVA…

Növbədənkənar-6-cı çağırış Milli Məclisə (MM) seçilənlər, daha doğrusu, qatıldıqları seçki dairələrinin qalibləri olanlar arasında xeyli stajlı deputatlar var.

Etikxeber.az-ın xəbərinə görə, ən çox seçilən, ən stajlı deputatlar MM-in Aqrar siyasət komitəsinin sədri, professor Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli, Rus İcmasının sədri Mixail Zabelin və iş adamı Hacı Madər Musayevdir.

Onlar 7-ci dəfə seçkilərinin qalibi olublar.

H. Rəcəbli bir dəfə sovetlər dövründə, birinci katib işləyərkən, yəni, 1985-ci ildə keçmiş Ali Sovetin deputatı, 5 dəfə isə 5 çağırış MM-in üzvü seçilib.

9 fevral seçkilərində də qatıldığı Dairənin qalibi elan edilib.

E. İbrahimovla Hacı Madər və M. Zabelinə gəlincə, onların hər üçü sonuncu çağırış Ali Sovetin (1990-95) və 5 çağırış MM-in üzvü olublar.

Eyni zamanda, hər üçü də 9 fevral seçkilərində müvafiq seçki dairələrinin qalibi elan ediliblər.

Bununla yanaşı, stajlı kişi deputatlar arasında 6-cı dəfə MM-in üzvü seçilən parlamentin Hesablayıcı Komissiyasının sədri, MM-in Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov , Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı, jurnalist İmamverdi İsmayılov da var.

Onlar 1995-ci ildən bu yana MM-in üzvləridir.

Xanım deputatlar arasında isə liderlik Məlahət İbrahimqızına məxsusdur.

O, 5-ci dəfə seçkilərin qalibi olub.

M. İbrahimqızı 1 dəfə proporsionaldan, 4 dəfə majoritardan seçilib.

2000-ci ildən, 2-ci çağırışdan MM-in üzvü, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavinidir.

Xanım deputatlar arasında həmçinin, professor, MM-in Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva və professor, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin ən fəal üzvlərindən biri Qənirə Paşayeva ən stajlı deputatlardandır.

Onlar 4-cü dəfə seçkilərin qalib olublar.

Hər ikisi də 3-cü çağırışdan, 2005-ci ildən MM-də təmsil olunurlar…

Etikxeber.az

Read Previous

Deputatlığa namizədlərdən MSK-nın qarşısında-ETİRAZ AKSİYASI – XƏSARƏT ALANLAR VAR – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Uzunməsafəli qatar reysləri salınacaq…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir