Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İsveçrənin “Silhouette” şirkəti modern üslubda “Atelier Collection” optik linzalı eynək kolleksiyasını satışa çıxarıb.
Etikxeber.az-ın məlumatına görə, bu eynəklərin hazırlanmasında çəhrayı, sarı və ağ qızıl, habelə qiymətli daşlardan istifadə olunub. Ən ucuz eynəyin qiyməti 13 min dollardır.
“Titanium meet`s Gold” kişi eynəyinin qızıl tağları əllə cilalanıb. “Art de Fleurs” qadın eynəyi 72 brilyant və yaqutla bəzədilib. Yaqutlar mavi və ya çəhrayı sapfirlə əvəz edilə bilər.
Bu ilin iyununda “Damiani” şirkəti də “Mimosa” gün eynəyi kolleksiyasını qızıl və brilyant sağanaqlı eynəklərlə tamamlamışdı. Kolleksiyaya üç model daxil idi.
Etikxeber.az