Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Azərbaycanın ən yaşlı seçicisinin 126 yaşı var.
Etikxeber.az xəbər verir ki, onun adı Allahverdiyeva Səmərqədir.
1894-cü il təvəllüdlü S. Allah verdiyeva Bərdə rayonunun Xəsili kəndində yaşayır.
126 yaşlı Səmərqə xanımın altı övladdan 30 nəvəsi, 60 nəticəsi, 10 kötücəsi var.
O, Azərbaycanın keçmiş birinci şəxsləri (birinci katibləri) Mircəfər Bağırov və Heydər Əliyevlə şəxsən görüşüb.

Mətbuata açıqlamasında S. Allahverdiyeva Heydər Əliyevlə bağlı xatirələrini danışarkən bunları deyib:
“Heydər Əliyev həmişə mənim işlərimlə maraqlanırdı. Kolxoz sədri Hüseyn Ağayevlə gəlib becərdiyim pambığa baxırdı. İclaslarda, görüşlərdə mənimlə görüşər, xoşagələn zarafatlar edərdi”.
O, Bərdə rayonunun 94 saylı Seçki Dairəsində səs verəcək.
Qeyd edək ki, hazırda həmin dairəni parlamentdə Zahid Oruc təmsil edir və 5-ci dəfə deputatlığa namizəddir.
Etikxeber.az





