Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Suriyada Əsəd tərəfdarları son aylar dünyaya gələn yeni oğlan uşaqlarına daha çox Putin adını qoyurlar.
“Bu şükranlığın ğöstəricisi olaraq, çox sayda ailələr yenicə doğulmuş övladlarına Putin adı qoyurlar”.
Etikxeber.az xəbər verir ki, bunu Suriyanın Rusiyadakı səfiri Riyad Həddad TASS-a açıqlamasında deyib.
Həddadın sözlərinə görə, Rusiyanın Suriyaya dəstəyinə hörmət əlaməti olaraq, şükranlıq əlaməti kimi, suriyalılar öz övladlarına Putin adı qoyurlar.
Diplomat deyib ki, Suriya məktəblərində rus dilinin tədrisi 7-ci sinifdən başlanır və artıq bütün Suriya universitetlərində rus dili fakültəsi açılıb.
Səfir onu da əlavə edib ki, Suriya prezidenti bu yaxınlarda Dəməşq civarında rusdilli məktəbin inşası üçün ərazi ayırıb.

Etikxeber.az