Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ərdoğan 998 gündən sonra yenidən “Sevda”sına, “Yuva”sına qovuşacaq…
“Könüllərimiz heç bir zaman ayrılmamışdı…”
Bu gün Türkiyədə hakim partiya olan AKP-nin 3-cü növbədənkənar qurultayı keçiriləcək.
Etikxeber.az-ın Türkiyə mediasına görə, qurultay bir azdan Ankaranın “Arena” idman salonunda öz işinə başlayacaq.
Qurultayda 100 minə yaxın insanın-AKP-çinin, o cümlədən, xarici qonaqların, əcnəbi və yerli KİV mənsublarının qatılacağı gözlənilir.
Qurultayda partiyanın yeni genəl başqanı seçiləcək və yeni yönətimi formalaşdırılacaq.
Verilən məlumatlara görə, 3-cü növbədənkənar konqredə təxminən 1470 qurultay nümayəndəsin oy kullanacaq.
Qurultayda AKP-nin qurucularından olan indiki cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın yenidən genəl başqan seçiləcəyi nəzərdə tutulur.
Bununla da, Ərdoğan 998 gündən sonra “Sevdam”, “Eşqim”, “Yuvam”, “5-ci cocuğum” dediyi partiyasına – AKP-yə yenidən genəl başqan sifətində dönmüş-qayıtmış olacaq.
Həmçinin, qurultayda hazırkı genəl başqan-baş nazir Binəli Yıldırımın genəl başqan vəkili və qrup başqanı seçiləcəyi gözlənilir.
Qurultayda Ərdoğanın geniş çıxışının olacağı və AKP üçün yeni “Yol xəritəsi” cızacağı da söylənilir.
Eyni zamanda, qurultayda partiyanın rəhbərliyi yenidən formalaşdırılacaq və ilkin məlumatlara görə, gənclər daha çox rəhbərliyə irəli çəkiləcək.
Bununla yanaşı, Türkiyədə ilk dəfə partiyalı cümhurbaşqanlığının əsası qoyulacaq və Ərdoğan Türkiyə tarixində ilk partiyalı prezident olacaq.
Onu da qeyd edək ki, Ərdoğan ailəsi ilə baş nazir Yıldırımın bir yerdə “Arena” salonuna daxil olacağı və qurultay iştirakçılarını salamlayacağı gözlənilir.
***
AKP-nin 3-cü qurultayının başlanmasına sayılı dəqiqələr qalır.
Verilən məlumatlara görə, 565 ədəd avtobusla Türkiyənin 81 ilindən təxminən 60 min insan-AKP-çi qurultayı izləməyə gətirilib.
***
Ərdoğanın artıq öz iş yerindən-iqamətgahından ayrılıb, “Arena” salonuna tərəf gəldiyi qeyd olunur.
***
Artıq qurultay öz işinə başlayıb.
***
Ərdoğan qurultay iştirakçıları qarşısında çıxışa başlayıb.
***
“998 gün öncə elə bu salonda “hər bitiş bir yeni başlanğıcdır” deyərək ayrılmışdıq. Bu, sadəcə, bir hüquqi ayrılıqdı. Amma könüllərimiz heç bir zaman ayrı düşmədi…”.
Bunu da hazırda qurultay iştirakçıları qarşısında çıxış edən Ərdoğan deyib.
“Allahdan başqa heç bir gücün qarşısında əyilmədik və əyilməyəcəyik”-deyə, o, bildirib.
***
O, deyib ki, ölkəni bölməyə çalışanlar cavabsız qalmayacaq:
“Ölkəmizi bölməyə çalışanlar bunun bədəllərini ödəməyə davam edəcəklər…”
Etikxeber.az