Ərdoğan Anım Günü ilə bağlı İlham Əliyevə-ZƏNG ETDİ…

Sentyabrın 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Etikxeber.az xəbər verir ki, Türkiyə Prezidenti Vətən müharibəsində həlak olmuş şəhidlərimizlə əlaqədar Azərbaycan Prezidentinə bir daha başsağlığı verib.

Rəcəb Tayyib Ərdoğan, eyni zamanda, İkinci Qarabağ müharibəsində ordumuzun şanlı Qələbəsi ilə bağlı təbriklərini də çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib və Vətən müharibəsi zamanı Türkiyə Prezidentinin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi bir daha yüksək qiymətləndirib.

Dövlət başçıları Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri ilə bağlı keçirilən yürüşə İlham Əliyev və Mehriban Əliyeva da-QATILDILAR – FOTOLAR

Read Next

Ötən il-bu gün: Erməni vandalizminin qurbanı olmuş Qurbanovlar ailəsi…Ailəsinin 5 üzvünü itirmiş MAXE Nadir Qurbanov…Goranboyun ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən biri-MAXE HİDİ VƏLİYEV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir