Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkel və Avstriya baş nazairi Sebastian Kurtsa qarşı sərt ifadələr səsləndirib.
Etikxeber.az-ın xəbərinə görə, Ərdoğan bir daha Almaniya dövlətini və Merkrli terrora, terrorçu PKK-ya, onun siyasi qanadı olan HDP-yə açıq şəkildə dəstək verməkdə ittiham edib:
“Almaniya, xanım Merkel bir daha terrorçulara dəstəklərini ortaya qoydular. AKP-nin Almaniyada yaşayan türklər qarşısında mintinq keçirməsinə yasaq qoyulsa da, terrorçu PKK-ya, HDP-yə icazə qərarı çıxardılar. Bir tərəfdə terrorçuların çadırları, digər tərəfdə də az qala terrorçuların sözçüsünə çevrilən CXP-nın çadırları qurulub…Amma bilsinlər ki, həmin çadırlardan terrorçulara, onları dəstəkləyənlərə “səs” çıxmaz. Almaniya rəhbərliyi ağlını başına yığmalıdır”.
Ərdoğan Avstriya liderini isə daha sərt şəkildə ittiham edib və onu “əxlaqsız” adlandırıb:
“Sən kim olursan? Bizə sanki naz edir…Bu, sənin həddin deyil. Sən bir əxlaqsızsan”.
Etikxeber.az