Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenskiy ilə Ankaradakı görüşündə dedi ki, Türkiyə Krımın ilhaqını qəbul etmir və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Ərdoğan bu fikri dəfələrlə deyib. Bundan sonra bəzi saytlarımızda belə bir başlıq oxuyuram:
“Ərdoğanın Krım açıqlaması Rusiyanı qızdıracaq”.
Ərdoğan nə deməliydi?
Ərdoğan Rusiya ilı sıx münasibətlər qurub deyə, Krımın ilhaqını həzm etməlidir?
Və ya Ərdoğan Ukrayna prezidenti ilə görüşdə hər hansı bəhanə adı altında Krımın adını çəkməməliydimi? Ərdoğan özünə və siyasətinə güvənən siyasətçidir.
O dostu Putin istəyir deyə “Krımın ilhaqını qəbul etmirik” fikrini səsləndirməkdən imtina etməz.
Bizdə yanlış təsəvvür formalaşır ki, əgər hər hansı ölkənin Rusiya ilə yaxşı münasibətləri varsa, həmin ölkənin rəsmisi və ya mediası Krımdan danışmamalıdır, Kreml “qızmasın” deyə Krım mövzusu üzərindən sükutla keçilməlidir.
Başıma çox gəlib, ona görə bunu yazıram.
“Rusiya Krımı ilhaq edib” fikrini senzura edənlər anlamalıdırlar ki, bununla Dağlıq Qarabağ məsələsində haqlı mövqeyimizi zəiflədirlər.
Elxan ŞAHİNOĞLU
Politoloq
Etikxeber.az





