Ərdoğan: “Səfirin qatili FETÖ-nün üzvü olub…”

İstintaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin  Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu müəyyən edib.

Etikxeber.az-ın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında bəyan edib.

“O adam FETÖ-nun üzvü olub, bunu gizlətməyə lüzum yoxdur. Açıq şəkildə etiraf etməliyik ki, polis strukturlarımız və ordu sıralarımızda bu çirkin təşkilatın üzvləri hələ də qalmaqdadır. Terror təşkilatına qarşı mübarizə bundan sonra da davam etdiriləcək və dövlət qurumlar FETÖ-dən təmizlənəcək”- deyə, Ərdoğan bildirib.

Onun sözlərinə görə, səfir A.Karlovun qətli ilə əlaqədar istintaqa rusiyalı müstəntiqlər də qoşulub. “Güman edirəm ki, yaxın müddət ərzində istintaqın gedişi ilə bağlı nəticələr əldə olunaraq ictimaiyyətə təqdim ediləcək”- deyə, Türkiyə prezidenti əlavə edub.

Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

Etikxeber.az

Read Previous

PA rəsmisi Qərbi sərt ifadələrlə ittiham etdi: “Hər kəs bilir ki…” – YENİLƏNİB

Read Next

Polşa Voleybol Federasiyası: Azərbaycan Avropa çempionatına yüksək ev sahibliyi edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir