Ərdoğan Trampla görüşdü, ABŞ prezidenti yenə vəd verdi…

Donald Trump PKK və İŞİD kimi terror qrupları ilə mübarizədə ABŞ Türkiyəni dəstəklədiyini bildirib.

Etikxeber.az-ın “Sputnik”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Trump türkiyəli  həmkarı Rəcəb Tayyib Ərdoğanla Vaşinqtonda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib.

“Bu gün biz yeni düşmənlə üzləşmişik və onunla birlikdə mübarizə aparmalıyıq. Biz son vaxtlar bir çox terror hücumları ilə üzləşmişik, biz birlikdəyik və Türkiyə xalqına dəstəyimizi təklif edirik. Biz terrorla mübarizədə öndə gedən, İŞİD və PKK kimi terror qruplaşmaları ilə mübarizə aparan Türkiyəni dəstəkləyirik”, – deyə Tramp qeyd edib.

Ərdoğan ABŞ-ı Yaxın Şərq regionunda əməkdaşlığa çağırıb və bunun bütün dünya üçün çox əhəmiyyətli olduğunu vurğulayıb.

O, Ankaranın Vaşinqtonla əlaqələri daha da genişləndirmək niyyətində olduğunu qeyd edib.

Etikxeber.az

 

Read Previous

“Ərdoğan yalnız deyil…” – DÖVLƏT BAXÇALI

Read Next

İslam Həmrəyliyi Oyunlarına həsr edilən “Muğam axşamları” adlı layihənin ilk konserti – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir