Ərdoğan yenidən seçildi, Əliyevdən təbrik gəldi…

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Ali Seçki Komissiyasının (ASK) sədri Sədi Güvən məlumat verib.

ASK-nin sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

turrr-sec

Seçicilərin 52.6 faizi prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğana etimad göstərib.

Məhərrəm İncə seçicilərin 30 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi Cümhur İttifaqı birinci yeri qazanıb. Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-ünü Ədalət və İnkişaf Partiyası qazanıb. Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 49-u Millətçi Hərəkat Partiyasının, 45-i isə İYİ Partiyanın payına düşüb.

Qeyd edək ki, seçkilərdən sonra Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Etikxeber.az

Read Previous

İngilətərə-Panama-6:1, Yaponiya-Seneqal-2:2, Polşa-Kolumbiya -0:3- YENİLƏNİB – (12)

Read Next

YAP-dan Ərdoğana təbrik: KİMSƏ BU SEÇİMƏ QARIŞA BİLMƏZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir