Ərdoğana nifrət belə etsəydim yenə… DEPUTAT

ABŞ Əsədi, Kim Çen İnni vura, fiziki cəhətdən məhv edə bilməzmi?

Vurar, məhv edər, canini da alar hətta. Sadəcə ssenari gərəyi belə davranılır. Daha doğrusu indiki məqamda bü cür lazımdı. Dünyadakı əsas “ƏL”lərin, planeti idarə edən aparıcı ailələrin oyunları məhz “demokratiya”, “insan hüquqları”, “anti -nüvə siyasəti”, “separatizmə qarşı yekdillik” və s bu tip ritorikalarla öz məqsədinə varır.

Putin-i-Tramp

Koreya birləşsə, dünyanın iki önəmli gücü- ABŞ və Rusiya özünə yeni rəqib qazanmış olar. Əsəd devrilsə, hər iki tərəfi qane edəcək alternativ lider tapmaq mümkünsüzdür. Demokratiyanın, insan hüquqlarının, Beynəlxalq hüquq prinsiplərinin anasını ağladıb, onu çoxdan rabiteyi həzmdən keçirib, üzərindən suyu da içən dünya güclərinin özüdür. Nüvəni tarix boyunca ilk və son dəfə kim tətbiq edib? – ABŞ. Separatizmin əlifbasını yazan, təməl daşını qoyan kimdir? O da bəlli…

basar-asad

Bir Türkiyə ilə bağlı ciddi kuryoz var. Bacarmırlar. Beyinləri tamam qarışıb. Ərdoğanı nə qətl edə bildilər, nə də hakimiyyətdən devirə. Qalıblar naəlac. Adam isə gündən-günə güclənir, dünyaya meydan oxuyur, ABŞ və Rusiyadan sonra söz sahibi ola biləcək 3-cü potensial qüvvənin lideri kimi dirənir, iyul çevrilişinə cəhddə ölümün bir addımlığından qayıdıb – gözündə qorxu deyə bir şey yoxdur, hər şeyi gözə alıb dözür, vuruşur və…nə qədər riskli olsa da dayanmır…

Dostların məlum referendumla, qardaş dövlətdə idarəçilik formatının dəyişmə perspektivi ilə bağlı fikirləri müxtəlif ola, haçalana bilər. Tam normaldır. Çünki söhbət hər birimiz üçün həssas mövzudan gedir. Amma lütfən, prosesləri analiz edərkən öz-özlüyümüzdə daha böyük rakurs seçməyi də bacaraq. Olayların təhlilini Ərdoğanın şəxsinə olan münasibətlər kontekstindən çıxaraq. Hər şeyə Türk düvlətinin, Türk adının gələcəyi prizmasından qiymət verək.

erdoqan

Hə, bəlkə də akademik səviyyə, din, pafos və s nüanslar baxımından Türkiyənin mövcud iqtidarına qarşı hansısa kontur-iddialar irəli sürmək mümkündür. Fəqət, Türkiyədə gedən siyasi savaş artıq iqtidar-müxalifət savaşı deyil axı. Ərdoğan indi bütün dünya ilə döyüşür. Məsələ budur.

Atatürk böyük sərkərdədir. Bu gün də mifdir. İdeoloji xətdir. Burası dəqiq. Amma o bir tək Türkü qoruduğu, mükəmməl dövlət, ordu başçısı olduğu üçünmü Atatürkdür? Xeyr, əzizlərim. Atatürk ilk öncə Türkə öz kimliyinə hörmət qoymağı, birləşməyi, əyilməməyi öyrətdiyi üçün Atatürkdür. Onun da müxalifləri olub, zaman-zaman onun da akademik səviyyəsi, məişət həyatı müzakirə mövzusuna çevrilib, onu da rəqibləri diktator adlandırıb, onu da böyük güclər hər vəchlə məhv eləməyə çalışıb. Amma baxın, indi hər şeyə rəğmən tarixdir. Yaşayan tarix…

İkinci dünya müharibəsindən sonra Türkiyənin Ərdoğan nəhənglikdə lideri olmayıb. Bəlkə də ondan daha ürəkliləri, daha ağıllıları, daha vətənsevərləri olub, amma inanın, daha praqmatiki, daha nəhəngi olmayıb. İndiyə qədər “qırmızı xətt”i keçənlərin hamısı ya Menderes kimi faciəli sonluq yaşayıb ya da Tansu Çillər kimi susqun məğlubiyyət. Yox edilənin komandası bəxti ilə barışıb, qalanın özü isə reallıqla. Bir şəkildə silib, sındırıb atıblar hamısını “birinci xətt”dən. “Türk nədir, söz sahibi olmaq nədir? – ritorikası ilə…

Ərdoğan öz həyatını siyasətə nəzir qoymuş adamdır. Ən azından buna görə ona hörmət eləməyə dəyər. Ərdoğanın həyatda, siyasətdə olmayacağı təqdirdə Türkiyənin başına keçib, 90 milyonluq dövləti mükəmməlcə idarə edə biləcək bir liderin adını çəkin, lütfən. Çox demirəm, bircəciyini. Düşünün və deyin.

baxcali

kilicdaroqlu

Meral

Mən uzun uzadı düşündüm. Tapa bilmədim.

Ərdoğana çox böyük sevgim, simpatiyam var.

Etiraf edirəm. Amma inanın, ona nifrət belə etsəydim yenə Türk adına “evet”çi olardım….

Uğurlar Türkiyəm.

Nə olacaqsa, xeyirlisi.

elsan-1

Elşən Musayev

Etikxeber.az

Read Previous

Əliyev kəskin reaksiya göstərdi: “Ovçular evi” ərazisində tikinti dayandırıldı…

Read Next

Güney Azərbaycanda sel fəlakəti: Həlak olanlardan 41-nin cəsədi tapılıb – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir