Ərdoğanı Dəniz Gəzmişə bənzətdi, Baxçalının hədəfinə çevrildi: “ŞEYTANLIĞINI…” – QALMAQAL

Türkiyənin tanınmış idman (futbol) şərhçilərindən olan Rıdvan Dilmənin  prezident Rəcəb Tayyib Ərdoğanla bağlı bənzətməsi ölkə mediasında və siyasi dairələrində gərgin müzakirələrə səbəb olub.

Etikxeber.az xəbər verir ki,  belə ki, Dilmən telakanallardan birində növbəti çıxışı (şərhi ) zamanı R. T. Ərdoğanı Türkiyənin sosialist- inqilabçılarından, Türkiyə Xalq Qurtuluş Ordusu (TXQO) adlı təşkilatın  üzvü olan və 1972-ci ildə edam edilən Dəniz Gəzmişə bənzədib.

Bu bənzətməyə isə ən sərt təpki Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalıdan gəlib.

O, Dilmənin Türkiyə prezidentini bir terrorçuya bənzətdiyini və buna görə  onu həm Ərdoğandan, həm də Türk xalqından üzr istəməyə çağırıb.

Baxçalı bu bənzətmətini bir ayıb, yaltaqlıq  və şeytanlıq adlandırıb.

“O, meydandakı şeytanlığını siyasətə də daşımasın”-deyə, Baxçalı sonra qeyd edib.

Dilmən isə üzr istəməyəcəyini və buna əsas olmadığını da deyib.

Mən nə şeytanam, nə də yaltaq…Kimsə də məndən üzr gözləməsin”-deyən Dilmən öz növbəsində Baxçalını Türk ictimaiyyətini aldatmaqda ittihamlayıb.

Qeyd edək ki, Ərdğan hələ ki, Dilmənin məlum bənzətməsi ilə bağlı hər hansı bir reaksiya verməyib.

Etikxeber.az

Read Previous

Türkiyə Şərqi Qüdsdə səfirliyini açacaq – ƏRDOĞAN DEDİ

Read Next

Doğruçu olun cavanlar! – ANAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir